ABŞ bu ölkəyə 50 milyon dollar ayıracaq | Banco.az

ABŞ bu ölkəyə 50 milyon dollar ayıracaq

Müəllif:Ayşən İmanova/Banco.az

ABŞ Moldovaya islahatlar üçün 50 milyon dollar ayıracaq.

Banco.az xəbər verir ki, bu barədə Moldova Prezidenti Maya Sandu ilə birgə mətbuat konfransında çıxış edən ABŞ dövlət katibi Antoni Blinken deyib.

“Bu gün Konqres ilə əməkdaşlıqda Moldovanın enerji və kənd təsərrüfatı islahatları məqsədlərinə nail olmaq və dezinformasiya ilə gələcək mübarizə üçün əlavə 50 milyon dollar ayıracağımızı elan edirəm”, – deyə Blinken bildirib.

Onun sözlərinə görə, bu, Şərqi Avropa ölkəsinin digər ölkələrin seçkilərə müdaxiləsinə qarşı durmaq “qabiliyyətini gücləndirməli”, həm də ona Avropa inteqrasiyasına doğru irəliləməyə davam etməyə imkan verəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram