ABŞ-da bank sektorunun mənfəəti 80 faizə yaxın artıb | Banco.az

ABŞ-da bank sektorunun mənfəəti 80 faizə yaxın artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da bank sektorunun mənfəəti 79,5 faiz artıb.

Banco.az xəbər verir ki, ABŞ Federal Əmanətlərin Sığortalanması Korporasiyası (FDIC) tərəfindən yayılan bəyanatda cari ilin ilk rübündə 4 min 568 kommersiya bankı və əmanət təşkilatının xalis mənfəətinin 64,2 milyard dollar olaraq hesablandığı bildirilib.

Bəyanatda bankların mənfəətinin birinci rübdə əvvəlki rüblə müqayisədə 79,5 faiz artdığı qeyd edilib.

Bu artımın faizsiz xərclərdə 22,5 milyard dollar azalmanın təsirindən yarandığı vurğulanan bəyanatda həmçinin bildirilib ki, bu rübdə bankların mənfəətinin artmasına yüksək qeyri-faiz gəlirləri və aşağı ehtiyat xərcləri də təsir edib.

Ən sərfəli kredit üçün müraciət et

FDIC sədri Martin Qruenberq məsələni dəyərləndirərkən ölkənin bank sektorunun birinci rübdə dayanıqlılıq nümayiş etdirməyə davam etdiyini dilə gətirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram