Müəllif:Ayşən İmanova/Banco.az
“Android" üçün "Telegram"ın mənbə kodunda saxta məlumatlarla mübarizədə kömək edəcək yeni "Fact Check" (fakt yoxlaması) funksiyasının qeydi tapılıb.
Banco.az xəbər verir ki, yeni funksiya çərçivəsində messencer məlumatları yoxlayan agentliklərlə əməkdaşlıq edəcək.
Bildirilir ki, "faktların yoxlanması" yazılara aydınlaşdırıcı məlumat əlavə etməyə imkan verəcək, lakin o, "X" sosial şəbəkəsindəki oxşar funksiyadan bir qədər fərqli işləyəcək.
Daimi istifadəçilər tərəfindən yaradılan və qiymətləndirilən "X"in “İcma Qeydlərindən” fərqli olaraq, "Telegram"ın "Fakt Yoxlamaları" müəyyən bir ölkənin hökuməti tərəfindən idarə olunacaq.
Yeniliyin işləməsi üçün hökumət "Telegram"da nəşrləri yoxlayacaq məsul qurum təyin edə bilər. Adi istifadəçilər faktların yoxlanılmasından sonra dəqiqləşdirmələrin məzmununa təsir göstərə bilməyəcəklər.
Bizi sosial şəbəkələrdən izləyin!!