Dünya bazarlarında neft bahalaşıb | Banco.az

Dünya bazarlarında neft bahalaşıb

Çərşənbə günü səhər Yaxın Şərqdə gərginliyin artması fonunda neftin qiyməti qalxıb.

Banco.az xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin iyul fyuçerslərinin dəyəri bir barel üçün 84,43 dollar təşkil edib ki, bu da əvvəlki ticarətin bağlanışına nisbətən 0,21 dollar (0,25%) çoxdur. Çərşənbə axşamı bu kontraktlar 0,98 dollar (1,2%) bahalaşaraq, aprelin 30-dan bu yana maksimum 84,22 dollar/barelə çatıb.

Nyu-York əmtəə birjasında (NYMEX) elektron hərraclarda iyul ayı üçün WTI markalı neftin fyuçerslərinin qiyməti bu dəfə 0,31 dollar (0,39%) artaraq bir barelə görə 80,14 dollar olub. Əvvəlki sessiyanın yekunlarına görə, bu müqavilələrin dəyəri 2,11 dollar (2,7%) artaraq mayın 17-dən maksimuma, bir barel üçün 79,83 dollara çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et