Gənc ailələrə evlilik krediti verilə bilər? - AÇIQLAMA | Banco.az

Gənc ailələrə evlilik krediti verilə bilər? - AÇIQLAMA

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Türkiyədə Ailə və Sosial Xidmətlər Naziri Mahinur Özdemir Göktaş bildirib ki, 15-30 aprel tarixləri arasında təhsil proqramlarına qatılan və rəsmi nikahlarını edən cütlüklərə evlilik krediti veriləcək.

Əsasən zəlzələ bölgəsində pilot olaraq həyata keçirilən Ailə və Gənclik Fonduna indiyə qədər 9 min 38 cütlük müraciət edib.

Azərbaycanda bu mexanizmin tətbiqi ilə bağlı iqtisad üzrə fəlsəfə doktoru Xalid kərimli Banco.az-a açıqlama verib. O bildirib ki, banklar bir neçə ill  müddətinə evlilik krediti adı ilə müxtəlif istehlak kreditləri təklif edirlər. 

“Hazırda gənc ailələrə evlilik krediti adında  olmasa da, müxtəlif adlarda istehlak kreditləri verilir. Düşünmürəm ki, kreditin adı  evliliklə bağlı olarsa,  vəziyyəti dəyişə bilər. Bu sadəcə brendləşmə sayılır. Əsas sual verilən kreditin şərtlərinin dəyişib, dəyişməyəcəyidir. Gənc ailələr üçün nəzərdə tutulan müxtəlif adda istehlak kreditləri var. Onlar adəyən bir neçə illik verilir. Bəzən banklar müəllimlər, həkimlər, müxtəlif sahələrdə çalışanlar üçün bir həftəlik güzəştli kreditlər təklif edirlər. Amma sırf evlilər xüsusi şərtlərlə  evlilik kreditinin veriləcəyini düşünmürəm”.

Evlilik kreditinin  ipoteka kreditinə alternativ olaraq verilməsi fikrinə münasibət bildirən iqtisadçı qeyd edib ki, bu, mümkün deyil:

Ən sərfəli kredit üçün müraciət et

“Bir çox imtiyazlı təbəqələr, 35 yaşa qədər gənc ailələr ipoteka kreditini güzəştli şərtlərlə əldə edə bilər. Eyni zamanda banklar, müxtəlif məişət elektronika satışı ilə məşğul olan şirkətlər də 18-24 aylıq şərtlərlə cehiz krediti də təklif edirlər. 
Amma sırf gənc evli olduğuna görə kiməsə kredit verilməsi bir qədər diskriminasiya sayıla bilər. İnsanlara krediti gəlirlərinə və ödəyə bilmə qabiliyyətlərinə görə verirlər. Hazırda banklar müxtəlif formada təmir krediti verir. Bu krediti də əsasən gənclər götürürlər.
Bunu evliliklə bağlasaq heç nə dəyişmir. Ümumiyyətlə, bütün banklar verdiyi krediti faizi ilə birlikdə geri almaq haqqında düşünür. Və demək olarki banklardan əsas kredit alan elə gənclərdir”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram