Avtomobillərin icbari sığortası üzrə yığımlar 50 mln. manatı ötüb | Banco.az

Avtomobillərin icbari sığortası üzrə yığımlar 50 mln. manatı ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda bu ilin yanvar-aprel aylarında avtomobillərin icbari sığortası üzrə yığımlar 50 mln. 171 min manat olub. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, yığımlar 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 4.2% artıb. 

Bu dövrdə avtomobillərin icbari sığortası üzrə ödənişlərin həcmi isə 2023-cü ilin eyni dövrünə nisbətən 32% və ya 9 milyon 793 min manat artaraq 40 mln. 423 min manata yüksəlib. 

Qeyd edək ki, ötən ilin yanvar-aprel aylarında bu növ sığorta üzrə yığımların məbləği 48 mln. 167 min manat, ödənişlərin məbləği isə 30 milyon 630 min manat olub. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram