"Neftin büdcə qiymətinin 60 ABŞ dollarından 75 ABŞ dollarına çatdırılması gözlənilir" | Banco.az

"Neftin büdcə qiymətinin 60 ABŞ dollarından 75 ABŞ dollarına çatdırılması gözlənilir"

Bu ilin yanvar-aprel aylarında dünya bazarında "Azeri Light" markalı neftin 1 barelinin orta qiyməti 87,3 ABŞ dolları olub.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili rəhbərlik etdiyi komitənin bu gün keçirilən iclasında - "2024-cü il dövlət büdcəsi icrası haqqında" qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı bildirib.

"Bu və digər amillər nəzərə alaraq neftin büdcə qiymətinin 60 ABŞ dollarından 75 ABŞ dollarına çatdırılması gözlənilir", - deyə o qeyd edib.

İclasda çıxış edən maliyyə naziri Samir Şərifov isə bildirib ki, 4 ay ərzində dövlət büdcəsinə proqnozlaşdırılandan əlavə vəsait daxil olub: "Bu da bir sıra layihələrin maliyyələşdirilməsi baxımından büdcəyə yenidən baxılmanı şərtləndirib".

Ən sərfəli kredit üçün müraciət et

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram