Banklar əhaliyə 261 mln. manat depozit faizləri ödəyiblər | Banco.az

Banklar əhaliyə 261 mln. manat depozit faizləri ödəyiblər

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda fəaliyyət göstərən bankların bu ilin 1 may tarixinə cəlb etdikləri depozitlər üzrə ödədikləri faizlər 260.9 milyon manat təşkil edib. 

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2023-ci eyni dövrü ilə müqayisədə isə 70.4 milyon manat (36.9%) çoxdur.

Xatırladaq ki, 2023-ci ilin yanvar-aprel aylarında banklar 190.5 milyon manatlıq depozit faizləri ödəyiblər.

Hesabat dövrü ərzində bankların faiz və onlarla bağlı xərcləri isə 352.4 milyon manat olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram