Yeni Zelandiya Mərkəzi Bankı faiz dərəcəsini yenə də dəyişməyib | Banco.az

Yeni Zelandiya Mərkəzi Bankı faiz dərəcəsini yenə də dəyişməyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yeni Zelandiya Mərkəzi Bankı faiz dərəcəsini sabit saxlayıb.

Banco.az xəbər verir ki, Yeni Zelandiya Ehtiyat Bankı (RBNZ) ardıcıl 7-ci dəfə faiz dərəcəsini dəyişməyərək 5,5 faiz səviyyəsində saxlayıb.

“LSEG”in məlumatlarına görə, Yeni Zelandiyada inflyasiya səviyyəsi 2023-cü ilin son rübündəki 4,7 faizdən bu ilin birinci rübündə 4 faizə düşüb.

RBNZ Komitəsi inflyasiya göstəricilərinin hələ də 1 faizdən 3 faizədək olan hədəfdən yuxarı cərəyan etdiyini bəyan edib.

Bəyanatda deyilir ki, Komitə inflyasiyanın müəyyən müddət ərzində hədəfə qayıtmasını təmin etmək üçün pul siyasətinin məhdudlaşdırıcı qalması ilə bağlı həmfikirdir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et