Expressbank
Əməliyyatlar üzrə kiçik mütəxəssis (Gəncə filialı)
Vakansiya haqqında məlumat:
Təsvir
- Gün ərzində Bank işi ilə bağlı rəsmiləşən sənədlərin çeşidlənməsi, səliqəli şəkildə yığılması və müvafiq rəflərə qoyulması;
- Təhvil verilən sənədlər arasında çatışmayan sənədlərin müəyyən edilməsi və bununla bağlı müvafiq işlərin aparılması;
- Kredit və digər əməliyyatlarla bağlı xəbərdarlıq məktublarının hazırlanması və aidiyyatı üzrə göndərilməsi;
- Sənədlərin məhkəməyə göndərilməsi üzrə hazırlanması və müvafiq bankdaxili şöbəyə göndərilməsi;
- Kredit üzrə silinmələrin və tam ödənişlərin icra edilməsi və s.
Tələblər
- Ali iqtisadi təhsil;
- Bankın kredit və əməliyyat istiqamətində müəyyən biliklər və iş təcrübəsi;
- Azərbaycan dili bilikləri mükəmməl, rus və ingilis dili bilikləri arzuolunandır;
- MS Office;
- Bank qanunvericiliyinə aid təlimatların bilikləri.
Müraciət üçün daxil olun