Avropa İttifaqı süni intellekt qanununu təsdiqləyib | Banco.az

Avropa İttifaqı süni intellekt qanununu təsdiqləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqına (Aİ) üzv ölkələr müxtəlif süni intellekt texnologiyalarına sərt qaydalar tətbiq edəcək yeni qanunu təsdiqləyiblər.

Banco.az xəbər verir ki, Avropa Şurası dünyada süni intellektlə bağlı ilk əhatəli qaydaları tətbiq edəcək "Süni intellekt Qanunu"nun üzv dövlətlər tərəfindən qəbul edildiyini açıqlayıb.

Qanuna əsasən, Aİ ölkələrində süni intellekt qaydaları uyğunlaşdırılacaq. Birlikdə istifadə ediləcək süni intellekt sistemlərinin təhlükəsiz olması və əsas hüquqlara hörmət edilməsi zəruridir.

Süni intellekt sistemləri cəmiyyətə zərər vurma ehtimalına uyğun olaraq “risk əsaslı” şəkildə tənzimlənəcək. Risk artdıqca qaydalar da sərtləşəcək.

Süni intellektin bəzi istifadələrində risk qəbuledilməz kimi təsnif ediləcək və bu sistemlərin istifadəsi qadağan ediləcək.

İnsan davranışını manipulyasiya edən və ya insanların zəifliklərindən istifadə edən süni intellekt qadağan olunacaq.

Ən sərfəli kredit üçün müraciət et

Video, mətn, şəkillər yaratmaq, başqa dildə danışmaq, kompüter kodunu hesablamaq və ya yazmaq kimi geniş spektrli müxtəlif funksiyaları yerinə yetirə bilən böyük sistemlərə xüsusi qaydalar tətbiq ediləcək.

Qeyd edək ki, bu mərhələdən etibarən qanun Aİ-nin rəsmi jurnalında dərc edildikdən 2 il sonra qüvvəyə minəcək. Bununla da “Google”un süni intellekt modeli “Gemini” və “ChatGPT” kimi müxtəlif süni intellekt texnologiyaları yeni qaydalara uyğunlaşmalı olacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et