Türk Hava Yolları bu ölkəyə uçuşları bərpa edir | Banco.az

Türk Hava Yolları bu ölkəyə uçuşları bərpa edir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türk Hava Yolları (THY) şirkəti Əfqanıstana uçuşları bərpa edir.

Banco.az xəbər verir ki, 2021-ci ilin avqustunda Əfqanıstandakı rəhbərlik dəyişikliyindən sonra bu ölkəyə uçuşları dayandıran Türk Hava Yolları (THY) aviareyslərə yenidən başlayıb.

Təxminən 3 ildən sonra THY-nin ilk təyyarəsi Kabil Beynəlxalq Hava Limanına eniş edib.

Təyyarəni Türkiyənin Kabildəki səfirliyinin rəsmiləri, Türkiyənin Əfqanıstandakı qurumlarının nümayəndələri və Əfqanıstanın müvəqqəti hökumətinin rəsmiləri qarşılayıblar.

Qeyd edək ki, THY-nin İstanbul-Kabil reysləri həftədə dörd dəfə olmaqla çərşənbə axşamı, çərşənbə, cümə və bazar günləri həyata keçiriləcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et