"OpenAI" və "Reddit" əməkdaşlıq elan edib | Banco.az

"OpenAI" və "Reddit" əməkdaşlıq elan edib

Müəllif:Ayşən İmanova/Banco.az

Süni intellekt texnologiyası tərtibatçısı “OpenAI” və məşhur internet forumu “Reddit” əməkdaşlıq elan etdiklərini açıqlayıb.

Banco.az xəbər verir ki, əməkdaşlığa əsasən, "Reddit"in unikal məzmununu "ChatGPT" və digər "OpenAI" məhsullarına inteqrasiya etmək mümkün olacaq.

Bu əməkdaşlıq sayəsində "OpenAI" "Reddit"in "Data API"ə daxil olacaq və istifadəçilərinə real vaxt rejimində, strukturlaşdırılmış və orijinal məzmun təqdim edəcək.Beləliklə, bundan sonra "ChatGPT"də "Reddit"in məşhur müzakirələrindən tutmuş aktual mövzulara qədər hər şey olacaq. 

Bu əməkdaşlıq təkcə "OpenAI" üçün deyil, həm də "Reddit" istifadəçiləri üçün böyük yeniliklər gətirəcək. "Reddit" "OpenAI"nin süni intellekt modellərindən istifadə edərək platformasına yeni süni intellekt dəstəkli funksiyalar əlavə edəcək. Bundan əlavə, "OpenAI" "Reddit"in reklam partnyoru kimi yeni rol alacaq. 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, razılaşma elan edildikdən sonra “Reddit” səhmləri premarket ticarətində 16%-dən çox bahalaşıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et