Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan bu ilin yanvar-aprel aylarında 4 milyard 364 milyon 589 min ABŞ dolları dəyərində 6 milyon 928 min ton neft ixrac edib.
Banco.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Azərbaycanın neft ixracından gəlirləri 2023-ci ilin müvafiq dövrü ilə müqayisədə 23,6%, neftin həcmi isə 25% azalıb.
Qeyd edək ki, bu dövrdə neft ixracının ölkənin ümumi ixracında payı 53.43% təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!