Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda ötən 4 ayda mədənçıxarma sənayesində istehsal olunmuş qiymətli metal filizlərinin 599,5 kiloqramı qızılın, 1 125,9 kiloqramı isə gümüşün payına düşüb.
Banco.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Qeyd edilib ki, qızıl istehsalı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 16,2%, gümüş istehsalı isə 19,2% azalıb.
Mayın 1-nə olan vəziyyətə əsasən, ölkədə 192,7 kiloqram hazır qızıl, 493,7 kiloqram hazır gümüş ehtiyatı var.
Bizi sosial şəbəkələrdən izləyin!!