Ötən 4 ayda ölkədə tibbi məhsullara 401 mln. manatdan çox pul xərclənib | Banco.az

Ötən 4 ayda ölkədə tibbi məhsullara 401 mln. manatdan çox pul xərclənib

Müəllif: Gülnar Əhmədli, Banco.az

2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən əczaçılıq məhsulları və tibbi ləvazimatlara 401,9 mln. manat xərclənib.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 0,5% çoxdur. 

Qeyd edək ki, ötən 4 ayda alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 2,4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram