“HSBC” dollar/TL proqnozunu açıqlayıb | Banco.az

“HSBC” dollar/TL proqnozunu açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“HSBC” dollar/TL proqnozunda dəyişiklik etməyib.

Banco.az xəbər verir ki, ingilis bankçılıq nəhəngi “HSBC” strateqləri 13 may tarixli qeydlərində USD/TL üzrə il sonu proqnozlarını açıqlayıblar.

Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) yeni inflyasiya proqnozu və son inflyasiya proqnozları anketinə əsaslanaraq Dollar/TL proqnozlarını yenilədiklərini qeyd edən strateqlər bildiriblər ki, onların makro və maliyyə qiymətləndirmələri “əhəmiyyətli dərəcədə” dəyişməz qalıb.

Sözügedən qeyddə USD/TL məzənnəsinin artan istiqamətdə zəif və məhdud dinamika ilə davam edəcəyinə dair proqnozların saxlandığı və ilin sonuna məzənnənin 36 səviyyəsində ticarət ediləcəyi bir daha vurğulanıb.

Ən sərfəli kredit üçün müraciət et

Digər tərəfdən, türk lirəsinin real ifadədə sabit qalacağı təqdirdə Dollar/TL-nin ili 37-40 səviyyələrində başa vurma ehtimalı olduğu bildirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram