Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub | Banco.az

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə bazarlarının hüquqi təminatı Departamentinə direktor təyin edilib.

Bununla bağlı AMB-nin sədri Taleh Kazımov əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifə Mehriban Məmmədovaya həvalə olunub.

Son illər ərzində M. Məmmədova Mərkəzi Bankda müxtəlif vəzifələrdə çalışıb.