Müəllif:Gülbəniz Hüseynli/Banco.az
“Hər hansı bir işə namizəd olan şəxsin, müsahibəyə getməmişdən öncə ən böyük məhsuliyyəti, həmin şirkət haqqında əvvəlcədən araşdırma aparıb, məlumatlar toplamaqdır”.
Bunu Banco.az-a açıqlamasında Azərbaycanda bir çox tanınmış şirkətlərlə çalışan təlimçi Ahmet Kandemir deyib.
Ekspert bildirib ki, müsahibəyə hazırlaşan şəxs şirkət haqqında ictimaiyyətə açıq məlumatlar tapmadığı təqdirdə, sosial şəbəkələrdən bu barədə müəyyən informasiya əldə edə bilər:
“Mən professional idarəçi olaraq, müsahibələrdə iştirak edən bütün namizədlərə bizim şirkət ilə bağlı hansı məlumatlarının olduğunu soruşuram. Bilmək istəyirəm ki, həmin şəxsin primitiv olaraq çalışacağı yer ilə bağlı hər hansı bir vizyona malikdirmi? Əgər müsahibəyə gedəcəyin yer haqqında heç bir suala cavab verə bilmirsənsə, bu həmin işə məqsədsiz getdiyinə işarədir.
Mən işlə bağlı bir çox şeyi güzəştə gedə bilərəm, amma gəldiyi iş yeri haqqında heç bir məlumatı almayan adamlar haqqında düşüncəm müsbət deyil. İşçi mütləqdir ki, çalışacağı şirkət haqqında müəyyən araşdırma aparsın. Bu onun hədəflərinə, həmin şirkətlə bağlı planlarının olduğuna işarədir. İşləmək xatirinə şirkətə müsahibəyə getmək düzgün yanaşma deyil”.
Bizi sosial şəbəkələrdən izləyin!!