Bakı Fond Birjası (BFB) 2024-2026-cı illər üzrə Strateji İnkişaf planını təqdim etdi | Banco.az

Bakı Fond Birjası (BFB) 2024-2026-cı illər üzrə Strateji İnkişaf planını təqdim etdi

Bakı Fond Birjasının Müşahidə Şurası tərəfindən “2024-2026-cı illər üzrə Strateji İnkişaf planı” təsdiq olunmuşdur. Strateji İnkişaf planı kapital bazarlarında diversifikasiyanı, kapital bazarlarına inamı, mütəşəkkil və şəffaf bazar konyukturasının təşviqi  kimi strateji məqsədləri özündə əks etdirir.

Strategiya sənədi həmçinin dövlət müəssisələrinin (DM) istiqraz buraxılışlarında artımının təşviq edilməsi, istiqrazlar üzrə institusional investor bazası, kapital bazarları və  investisiya məhsulları barədə məlumatlılığının artırılması, korporativ istiqraz buraxılışlarının təşviqi, fərdi investorlar üçün maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, fərdi investorların səhm bazarında iştirakının asanlaşdırılmasına yönəldilmiş işlərin aparılması, özəl müəssisələrin İlkin Kütləvi Təklif (İKT) çıxışlarına həvəsləndirilməsi və İKT Akselerator Proqramının işə salınması kimi əsas strateji inkişaf təşəbbüslərini müəyyən edir.

Yüksək inkişaf potensialına malik olan kapital bazarları üzrə strategiya ölkəmizdə kapital bazarlarının maliyyə sistemində rolunu artırmaq məqsədini daşıyır. Kapital bazarları üzrə əsas strateji hədəflər kapital bazarı iştirakçılarının inkişafını dəstəkləyən, gəlirliliyini və şəffaflığını artıran, maliyyə və iqtisadi dayanıqlılığı təmin edən bir ekosistemin yaradılmasını, bazar iştirakçılarının bazara olan etimadının gücləndirilməsini, bazara çıxış imkanlarının genişləndirilməsi və investisiya alətlərinin çeşidinin artırılmasını əhatə edir.

Ən sərfəli kredit üçün müraciət et

Bundan başqa, 2024-2026-cı illər üzrə İnkişaf Strategiyasının uğurla həyata keçirilməsi üçün təşkilati struktur və korporativ idarəçilik, rəqəmsallaşma və İT infrastrukturu, risklərin idarə edilməsi kimi üç əsas istiqamət üzrə təşkilati transformasiyanın keçirilməsi nəzərdə tutulur.

Strategiya sənədinin əhatəli icmalı ilə bu keçiddən istifadə etməklə tanış ola bilərsiniz:

https://www.bfb.az/az/view-file/bfb-strategiya-2023-2026-public.pdf

 

Ən sərfəli krediti almaq üçün müraciət et