Müəllif:Ayşən İmanova/Banco.az
Böyük Britaniya Ukraynaya rekord həcmdə hərbi yardım ayırıb.
Banco.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi "X" sosial şəbəkəsindəki rəsmi hesabında məlumat verib.
Məlumata görə, dəyəri 0,5 milyard funt-sterlinq (təxminən 580 milyon avro) olan növbəti hərbi yardım paketinə atıcı silahlar üçün 4 milyon ədəd güllə, 1600-dən çox zərbə və zenit raketləri, 400 nəqliyyat vasitəsi, o cümlədən 162 zirehli maşın daxildir.
Qeyd edək ki, bu, müharibə başlayandan Britaniyanın Ukraynaya ayırdığı ən böyük hərbi yardım paketidir.
Bizi sosial şəbəkələrdən izləyin!!