Azərbaycan Mərkəzi Bankında (AMB) sığorta şirkətləri ilə sektorun strateji prioritetləri və hədəfləri müzakirə edilib.
Bu barədə AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Mərkəzi Bankda sığorta şirkətlərinin rəhbərləri ilə növbəti dəfə görüşdük. Görüş zamanı cari ilin birinci rübünün nəticələrini və sektorun inkişaf perspektivlərini müzakirə etdik.
Görüşdə həmçinin sektorun strateji prioritet və hədəfləri, bu çərçivədə həyata keçirilən təşəbbüslər, eləcə də istehlakçıların hüquqlarının müdafiəsinin gücləndirilməsi kimi mühüm məsələlər üzrə müzakirələr apardıq", - T. Kazımov qeyd edib.
Bizi sosial şəbəkələrdən izləyin!!