Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanla Çinin ticarət dövriyyəsi 2024-cü ilin birinci rübündə 748 milyon 785 min dollar təşkil edib.
Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Qeyd edilib ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 123 milyon 763 min dollar və ya 19,8% çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 743 milyon 728 min dollarlıq məhsul idxal edib. Bu da illik müqayisədə 154 milyon 600 min dollar və ya 26,2% çoxdur.
Qeyd edək ki, ötən ilin birinci rübündə Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 625,1 milyon dollar dəyərində olub.
Bizi sosial şəbəkələrdən izləyin!!