“Microsoft” şirkəti İndoneziyaya külli miqdarda sərmayə qoyuluşuna hazırlaşır | Banco.az

“Microsoft” şirkəti İndoneziyaya külli miqdarda sərmayə qoyuluşuna hazırlaşır

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Microsoft” şirkəti İndoneziyaya 1,7 milyard dollarlıq investisiya qoyuluşu planlaşdırır.

Banco.az xəbər verir ki, ABŞ-ın texnologiya nəhəngi “Microsoft” İndoneziyada bulud saxlama sisteminə (Cloud) və süni intellekt infrastrukturuna 1,7 milyard dollar investisiya qoyacağını açıqlayıb.

Bu barədə şirkətin rəsmi internet saytında məlumat verilib.

Bildirilib ki, “Microsoft” şirkətinin baş direktoru Satya Nadella paytaxt Cakartada İndoneziya prezidenti Coko Vidodo ilə görüşüb və texnologiya sahəsində investisiyaları müzakirə edib.

Məlumatların saxlanacağı yeni bulud sistemi və süni intellekt infrastrukturunun inkişafı üçün İndoneziyaya növbəti 4 il ərzində 1,7 milyard dollarlıq investisiya qoyulacağı bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

İnvestisiya ilə 840 min insana süni intellekt təhsili imkanının təmin ediləcəyi də vurğulanıb.

Qeyd edək ki, 1,7 milyard dollarlıq sərmayənin “Microsoft”un İndoneziyaya ən böyük investisiyası olacağı açıqlanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram