Müəllif: Tamara Mustafayeva, Banco.az
Dünya Bankı neftin qiymətinin bir barel üçün 100 dollardan bahalaşacağını qeyd edib.
Banco.az xəbər verir ki, Dünya Bankı bildirib ki, Yaxın Şərqdə gərginliyin ciddi şəkildə artması neftin bir barelinin qiymətini 100 dollardan yuxarı qaldıracaq və qlobal inflyasiyanın son eniş tendensiyasını tərsinə çevirəcək.
Vaşinqtonda yerləşən qurum əmtəə qiymətlərindəki axırıncı ucuzlaşmanın İran və İsrailin son raket zərbələrindən əvvəl də tarazlıq tapdığını və mərkəzi bankların faiz qərarlarında daha da sərtləşdirməyə səbəb olduğunu bildirib.
Lakin qurum əlavə edib ki, xam neftin qiymətinin bu il orta hesabla 84 dollar olacağı proqnozu böhranın pisləşməsi halında çox optimist səslənə bilər. Belə ki, Yaxın Şərqdə genişmiqyaslı müharibə qorxusu artıq neft qiymətlərinin artmasına və avtomobil yanacağının bahalaşmasına səbəb olub.
Odur ki, Dünya Bankının əmtəə bazarları ilə bağlı son hesabatında aşağıdakı ifadələrə yer verilib:
“Münaqişə ilə bağlı tədarükün orta dərəcədə pozulması bu il Brent markalı neftin orta qiymətini bir barel üçün 92 dollara qaldıra bilər. Daha ciddi pozuntu isə neft qiymətlərinin bir barel üçün 100 dolları keçməsinə və 2024-cü ildə qlobal inflyasiyanın təxminən bir faiz bəndi yuxarı qalxmasına gətirib çıxara bilər.”
Bizi sosial şəbəkələrdən izləyin!!