“Baker Hughes” səhmləri 3.4% ucuzlaşıb | Banco.az

“Baker Hughes” səhmləri 3.4% ucuzlaşıb

Müəllif:Ayşən İmanova/Banco.az

Amerikanın neft xidmətləri göstərən şirkəti “Baker Hughes”un səhmlərinin qiyməti əsas hərracların bağlanmasından sonra 3.4% ucuzlaşıb.

Banco.az xəbər  verir ki, “Baker Hughes”un səhmlərinin dəyəri ticarət sessiyasından sonraki dövrdə 3.39% ucuzlaşaraq 31.9 dollar təşkil edib. Çərşənbə axşamı günü səhmlər 1.73% bahalaşaraq bir səhm üçün 33.02 dollara ticarət olunublar.

“Baker Hughes”un ana şirkətinə aid olan xalis mənfəəti ötən rübdə illik müqayisədə 21% azalaraq 455 milyon dollara düşüb. Səhm başına mənfəət bir il əvvəlki dövr ilə müqayisədə 0.57 dollardan  0.45 dollara enib.

Qeyd edək  ki, “Baker Hughes” dünyanın 120-dən çox ölkəsində fəaliyyət göstərən Amerikanın neft şirkətidir. İşçi heyəti təxminən 58 min nəfərdir. Şirkət həmçinin 1944-cü ildən bəri ABŞ və Kanadada qazma qurğularının sayındakı dəyişikliklər haqqında həftəlik məlumat təqdim edir. 1975-ci ildən isə şirkət hər ay bütün dünyada qazma qurğularının sayını dərc edir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram