Müəllif: Tamara Mustafayeva, Banco.az
“IBM”in gəliri bu ilin birinci rübündə 1 faiz artaraq 14,5 milyard dollara çatıb.
Banco.az xəbər verir ki, ABŞ-ın texnologiya şirkəti “IBM” yanvar-mart dövrü üzrə balans hesabatını açıqlayıb.
Məlumatlara görə, şirkətin cari ilin ilk rübündəki gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz artaraq 14,5 milyard dollara çatıb. “IBM” 2023-cü ilin birinci rübündə 14,3 milyard dollar gəlir əldə etmişdi.
Şirkətin xalis mənfəəti isə ilin birinci rübündə 2022-ci ilin eyni dövrü ilə müqayisədə 73 faiz artaraq 1,6 milyard dollara çatıb. “IBM”in xalis mənfəəti ötən ilin birinci rübündə 927 milyon dollar olaraq hesablanmışdı.
Qeyd edək ki, şirkətin ötən ilin birinci rübündə 1,02 dollar olan səhm üzrə mənfəəti bu ilin birinci rübündə 1,75 dollara qədər bahalaşıb.
Bizi sosial şəbəkələrdən izləyin!!