Müəllif:Ayşən İmanova/Banco.az
“Microsoft” və “Coca-Cola” süni intellektin imkanlarından istifadə etmək və araşdırmaq məqsədi daşıyan beş illik strateji tərəfdaşlıq elan edib.
Banco.az xəbər verir ki, əməkdaşlıq çərçivəsində “Coca-Cola” “Microsoft Cloud”dan və onun süni intellekt imkanlarından istifadə etmək üçün 1,1 milyard ABŞ dolları məbləğində öhdəlik götürüb.
Müqavilənin şərtlərinə əsasən, bu xidmət müştərilərə “Microsoft Azure”da işləyən çat-botlar və digər süni intellekt xidmətləri yaratmağa imkan verəcək. Xüsusilə, şirkətlər “Copilot” çat-botunun iş yerində işçilərin məhsuldarlığını necə artıra biləcəyini yoxlamaq niyyətindədir.
“Bu yeni müqavilə “Microsoft” ilə uğurlu tərəfdaşlıq strategiyamıza əsaslanır və rəqəmsal transformasiyamızı daha da inkişaf etdirmək öhdəliyimizi nümayiş etdirir. Bizim tərəfdaşlığımız 2020-ci ildəki 250 milyon dollardan bu gün 1,1 milyard dollara qədər sürətlə artıb”,- deyə “Coca-Cola”nın baş maliyyə direktoru Con Mörfi bildirib.
Qeyd edək ki, çərşənbə axşamı ticarət zamanı “Microsoft” səhmləri 1,4% bahalaşıb, “Coca-Cola” səhmləri isə 0,3% dəyər itirib.
Bizi sosial şəbəkələrdən izləyin!!