Müəlif:Ayşən İmanova/Banco.az
“Apple” şirkəti “Let Loose” tədbirinin tarixini açıqlayıb.
Banco.az xəbər verir ki, yeni məhsulların təqdim olunacağı təqdimat mayın 7-də onlayn rejimdə baş tutacaq. Şirkət təqdim olunacaq məhsullarla bağlı təfərrüatları açıqlamayıb.
Analitiklər hesab edirlər ki, tədbirdə iPad planşetlərinin yeni modelləri, o cümlədən iPad Pro-nun təkmilləşdirilmiş versiyası və daha böyük ekrana malik "iPad Air" təqdim ediləcək.
Məlumata görə, planşetlərlə yanaşı yeni aksessuarlar da təqdim olunacaq.Gözlənilən premyeralar arasında, həmçinin “Apple Pencil” və alüminium korpuslu “Magic Keyboard” da var.
Qeyd edək ki, 2024-cü ilin əvvəlindən “Apple”ın kapitallaşması 13,5% azalaraq 2,56 trilyon dollar təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!