"Google" 28 əməkdaşını işdən çıxarıb - Səbəb | Banco.az

"Google" 28 əməkdaşını işdən çıxarıb - Səbəb

Müəllif:Ayşən İmanova/Banco.az

"Google" korporasiyanın İsrail hökuməti ilə müqaviləsinə etiraz edən 28 əməkdaşını işdən çıxarıb.

Banco.az xəbər verir ki, etiraz aksiyaları korporasiyanın Nyu-York və Kaliforniya ştatının Sanniveyl şəhərlərindəki ofislərində baş tutub. İşçilər Google-un İsrail hakimiyyəti ilə bulud hesablamaları müqaviləsinə qarşı çıxıblar.

Google-un Qlobal Təhlükəsizlik üzrə vitse-prezidenti Kris Rekov məktubda etirazları “qəbuledilməz və son dərəcə dağıdıcı ” adlandırıb. O bildirib ki, etirazçılar digər işçilərə özlərini  “təhlükə altında hiss etməyə” vadar ediblər.

Etiraz təşkilatçıları 28 şirkət əməkdaşının işdən qovulmasını “Google-un soyqırım törədən İsrail hökuməti və ordusu ilə bağladığı 1,2 milyard dollarlıq müqaviləni öz işçilərindən daha çox qiymətləndirdiyinə dair aydın sübut” adlandırıblar.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, etirazlara səbəb İsrail hökuməti və ordusunun 2021-ci ildə "Google" və "Amazon" ilə süni intellekt və maşın öyrənmə texnologiyaları da daxil olmaqla bulud hesablama xidmətləri göstərmək üçün müqavilə imzaladığı İsrailin “Nibmus” layihəsidir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram