Birinci rübdə Azərbaycanda geyim istehsalı artıb | Banco.az

Birinci rübdə Azərbaycanda geyim istehsalı artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda bu ilin yanvar-mart aylarında geyim istehsalı artıb. Belə ki, ilk rübdə ölkədə 18,8 milyon manat dəyərində geyim istehsal edilib.

Banco.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

2023-cü ilin ilk 3 ayı ilə müqayisədə geyim istehsalında 21,1% artım müşahidə olunub.

Həmçinin, bu dövrdə ölkədə toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 124,2 milyon manat dəyərində məhsul istehsal edilib. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et