2024-cü ilin yanvar-mart aylarında ölkədə 427.6 kq qızıl istehsal edilib.
Banco.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Ökədə qızıl istehsalı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,8 faiz artıb.
Qeyd olunan dövrdə ölkədə 839.8 kq gümüş istehsal olunub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 16.8 faiz artım deməkdir.
Qeyd edək ki, hazırda Azərbaycanın 196,8 kq qızıl, 507.4 kq gümüş ehtiyatı var.
Bizi sosial şəbəkələrdən izləyin!!