Norveç Avropa Komissiyasından günün 26 saat olmasını tələb edib | Banco.az

Norveç Avropa Komissiyasından günün 26 saat olmasını tələb edib

Müəllif:Ayşən İmanova/Banco.az

Norveçin Vadso şəhərinin meri Vençe Pedersen Avropa Komissiyasına gündə 24 saat əvəzinə 26 saatlıq saat qurşağının yaradılmasını təklif edib.

Banco.az xəbər verir ki, Norveçin ən şimal bölgəsi Vadso Avropa Komissiyasından vaxt məhdudiyyətlərinə görə 26 saatlıq saat  qurşağının yaradılmasını təsdiqləməyi xahiş edib. Vadso meri hesab edir ki, belə bir tədbir insanlara ailələri ilə vaxt keçirməyə imkan verəcək və bölgəyə yeni sakinləri cəlb edəcək.

Qeyd edək ki, Norveç Avropa Birliyinin üzvü olmasa da, Avropa İqtisadi Birliyinə daxildir. Avropa Komissiyası bildirib ki, saat qurşağı ölkələrin özlərinə aid məsələdir, ona görə də regionun tələbinin təmin ediləcəyi ehtimalı azdır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et