Müəllif:Ayşən İmanova/Banco.az
Britaniya hakimiyyəti 16 yaşdan kiçik uşaqlara smartfon satışına qadağa qoymağı düşünür.
Banco.az xəbər verir ki, İngiltərədə 2496 məktəbli uşaq valideyni arasında “Parentkind” tərəfindən mart ayında keçirilən sorğunun nəticələrinə görə, valideynlərin 58%-i hökumətin 16 yaşdan kiçik uşaqlar üçün smartfonları qadağan etməli olduğunu düşünür.
Bundan əlavə, respondentlərin 80%-dən çoxu smartfonların uşaqlar və gənclər üçün “zərərli” olduğuna inandığını bildirib.
“More in Common” təşkilatının başqa bir sorğusu göstərib ki, insanların 64%-i 16 yaşdan kiçiklərə smartfon satışının qadağan edilməsini yaxşı fikir hesab edib. Respondentlərin yalnız 20%-i bu təşəbbüsün pis fikir olduğunu düşünüb.
Bundan əlavə, qadağanı dəstəkləyən onlayn petisiya 19 mindən çox imza toplayıb.
Qeyd edək ki, bəzi hökumət üzvləri buna skeptik yanaşıb. Onlar bu cür qadağaları "reallıqdan kənar" adlandırıblar, çünki hakimiyyət onların fikrincə, tərbiyə prosesinə qarışmamalıdır.
Bizi sosial şəbəkələrdən izləyin!!