ABŞ-da inflyasiya gözləniləndən yüksək olub | Banco.az

ABŞ-da inflyasiya gözləniləndən yüksək olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da mart ayı üzrə inflyasiya proqnozları üstələyib.

Banco.az xəbər verir ki, ABŞ Əmək Nazirliyi mart ayı üzrə istehlak inflyasiyası məlumatlarını açıqlayıb.

Məlumatlar göstərir ki, mart ayında aylıq inflyasiya 0,4 faiz, illik inflyasiya isə 3,5 faiz təşkil edib.

"Bloomberg" sorğusunda iştirak edən iqtisadçıların orta hesablamaları aylıq 0,3 faiz, illik isə 3,4 faiz artıma işarə edirdi.

Ərzaq və enerji qiymətlərinin nəzərə alınmadığı baza inflyasiyası da sürətlənib və aylıq 0,4 faiz, illik 3,8 faiz artıb. Proqnozlar aylıq 0,3 faiz, illik isə 3,7 faiz artım istiqamətində idi.

Xatırladaq ki, inflyasiyanın yanvarda illik 3,1 faiz, fevralda isə 3,2 faizlə proqnozları üstələməsi FED-in faiz endirimi gözləntilərinin təxirə salınmasına səbəb olmuşdu.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, "JPMorgan"ın strateqi David Kelli məlumatlardan sonra iyun ayı üçün faiz endirimi ehtimalının olmadığını bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram