“Bank of Georgia” Ermənistanın “Ameriabank”ını alıb | Banco.az

“Bank of Georgia” Ermənistanın “Ameriabank”ını alıb

Müəllif:Ayşən İmanova/Banco.az

"Bank of Georgia" Ermənistanın "Ameriabank"ının səhmlərinin 90%-ni almaq üçün rəsmən müqavilə bağlayıb.

Banco.az xəbər verir ki, bundan sonra bankın səhmlərinin 60%-i “Bank of Georgia”-nın sahibi - “Bank of Georgia Group PLC” korporasiyasına, 30%-i isə “Bank of Georgia”-nın özünə məxsus olacaq. Qalan 10% isə Avropa Yenidənqurma və İnkişaf Bankında qalacaq.

Ermənistan bankı 303,6 milyon ABŞ dollarına alınıb. Şərtlərə əsasən, o, brendinqini və ya idarəçiliyini dəyişməyəcək.

Qeyd edək ki,  “Ameriabank”ın əsas sahiblərindən biri Qarabağdakı erməni separatçılarının keçmiş  naziri, hazırda Bakıda həbsdə olan Ruben Vardanyan olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram