Müəllif: Gülnar Əhmədli, Banco.az
2023-cü ildə Gürcüstanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 39 milyon 648 min dollara bərabər olub.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 56,7% və ya 14 milyon 349 min dollar çoxdur.
Qeyd edək ki, 2022-ci ildə Gürcüstanın Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 25 milyon 299 min dollar təşkil edib. Hesabat ilində Azərbaycana ən çox investisiya yatıran ölkə Birləşmiş Krallıq (1 milyard 857 milyon 64 min dollar) olub.
Bizi sosial şəbəkələrdən izləyin!!