Müəllif: Gülnar Əhmədli, Banco.az
2023-cü ildə Azərbaycandan ABŞ-yə köçürülmüş fiziki şəxslərin pul baratlarının həcmi azalıb.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, ötən il fiziki şəxslər tərəfindən ABŞ-yə 2022-ci illə müqayisədə 82 milyon 23 min dollar və ya 59,9% daha az pul köçürülüb.
Bununla da ABŞ-yə köçürmələrin ümumi həcmi 54 milyon 801 min dollara enib. 2022-ci ildə bu göstərici 136 milyon 824 min dollar təşkil edib.
Qeyd edək ki, ötən il Azərbaycandan ən çox pulun köçürüldüyü birinci ölkə (26,6% payla) Türkiyə olub.
Bizi sosial şəbəkələrdən izləyin!!