İspaniya "qızıl viza" proqramını ləğv edir | Banco.az

İspaniya "qızıl viza" proqramını ləğv edir

Müəllif:Ayşən İmanova/Banco.az

İspaniya hökuməti daşınmaz əmlaka sərmayə qoyuluşu müqabilində əcnəbilərə “qızıl viza” verən proqramı ləğv etmək niyyətindədir.

Banco.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Pedro Sançes bəyan edib.

Hazırda Avropa İttifaqından kənar ölkələrin vətəndaşları ölkədə daşınmaz əmlaka ən azı 500 min avro yatırmaqla üç il müddətinə İspaniyada yaşamaq icazəsi ala bilərlər.

"Proqramdan imtina İspaniyada mənzil almaq imkanları ilə bağlı vəziyyəti yaxşılaşdıracaq"-, Sançes qeyd edib.

“Hazırda 100 belə vizadan 94-ü artıq çox çətin bazarla üz-üzə olan iri şəhərlərdə daşınmaz əmlak investisiyaları üçün verilir. Artıq orada yaşayan, işləyən və vergi ödəyənlər praktiki olaraq layiqli mənzil tapa bilmirlər”, - baş nazir bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram