Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda ötən ilk 2 ayda avtomobillərin icbari sığortası üzrə yığımlar 24 mln. 493 min manat olub.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, yığımlar 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 4.4% və ya 1 mln. 36 min manat artıb.
Bu dövrdə avtomobillərin icbari sığortası üzrə ödənişlərin həcmi isə 2023-cü ilin eyni dövrünə nisbətən 2.7% və ya 457 min manat azalaraq 16 mln. 749 min manata enib.
Qeyd edək ki, ötən ilin yanvar-fevral aylarında bu növ sığorta üzrə yığımların məbləği 23 mln. 457 min manat, ödənişlərin məbləği isə 17 milyon 206 min manat olub.
Bizi sosial şəbəkələrdən izləyin!!