Müəllif:Mehin Qasımova/Banco.az
Gürcüstanda 2024-cü ilin mart ayına inflyasiya 2023-cü illə müqayisədə illik 0,5%, ay ərzində isə fevral ayı ilə müqayisədə artım 0,01% təşkil edib.
Banco.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsi məlumat yayıb.
Məlumata görə, mart ayında nəqliyyatın (8,1%), malların və xidmətlərin (10,2%), spirtli içkilər və tütün məmulatlarının (4,5%), ərzaq və alkoqolsuz içkilərin (3,4%) qiymətləri əvvəlki ilin müvafiq dövrünə nisbətən bahalaşıb.
Gürcüstan Milli Bankı 2024-cü ildə inflyasiyanın hədəf 3% ətrafında qalacağını proqnozlaşdırıb.Ona görə də ilin əvvəlindən yenidən maliyyələşdirmə dərəcəsini tədricən aşağı salmağa başlayıb. Yanvarda əsas göstərici 9,5% idisə, indi onun həcmi illik 8,25% təşkil edir.
Bizi sosial şəbəkələrdən izləyin!!
