Rusiya xaricə dizel yanacağının tədarükünü azaldacaq | Banco.az

Rusiya xaricə dizel yanacağının tədarükünü azaldacaq

Müəllif:Mehin Qasımova/Banco.az

Rusiyanın Qara və Baltik dənizlərindəki üç ən böyük limanından dizel yanacağının ixracı apreldə 2,29 milyon tona düşəcək.

Banco.az xəbər verir ki, bu barədə  Bloomberg məlumat yayıb.

Bu, sutkada təqribən 569 min barel dizel tədarükünə uyğundur ki, bu da bir ay əvvəl eyni limanlardan xaricə tədarük ediləndən 21 faiz azdır. Mart ayında ixrac gündəlik təxminən 724 min barel dizel olub.

Agentlik qeyd edir ki, aprel ayında Rusiya dizelinin qlobal bazarlara tədarükü ilə bağlı hesablamalara yalnız üç əsas limana boru kəməri axınları daxildir.

Bundan əvvəl Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib ki, hazırda hakimiyyət dizel yanacağının ixracına yenidən qadağa qoymağı planlaşdırmır. Çünki Rusiya bazarında vəziyyət həm qiymətlər, həm də təklif baxımından sabitdir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram