“Yelo Bank”dan “card to card” köçürmələrə limit tətbiqi ilə bağlı açıqlama | Banco.az

“Yelo Bank”dan “card to card” köçürmələrə limit tətbiqi ilə bağlı açıqlama

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Bəzi media qurumlarında yayılan məlumata görə, “Yelo Bank” kartdan karta köçürmələrə (card to card) məhdudiyyət tətbiq etməyə başlayacaq.

Bu barədə Banco.az “Yelo Bank”ın mövqeyini öyrənib. Bankdan bildirdilər ki, kartdan karta köçürmələr zamanı limit tətbiqi ilə bağlı  məlumatlar təhrif edilib:

Ən sərfəli kredit üçün müraciət et

“Aprelin səkkizindən etibarən Yelo kart vasitəsilə digər bank kartlarına 3000 manata qədər kartdan karta köçürmələri (card to card) komissiyasız olacaq. Əvvəllər yalnız Yelo kartlar arasında kartdan karta köçürmələr komissiyası idi. İndi biz artıq fürsət yaradırıq ki, digər bank kartlarına da kartdan karta köçürmələrdə komissiya tətbiq edilməsin.Burada da maksimal limit 3000 manat təşkil edir”.

Qeyd edək ki, yeniliklər aprel ayının 8-dən etibarən tətbiq ediləcək.

Ən sərfəli krediti almaq üçün müraciət et