Shell dünyanın ən qiymətli neft və qaz brendi olaraq qalır | Banco.az

Shell dünyanın ən qiymətli neft və qaz brendi olaraq qalır

Müəllif: Fərid İslamov/Banco.az

Britaniya-Hollandiya enerji şirkəti Shell, Brand Finance analitik şirkətinin hesabatına əsasən, dünyanın ən qiymətli neft və qaz brendləri siyahısında liderliyini qoruyub.

İl ərzində dəyəri 4% artaraq 50,3 milyard dollara çatıb.

Brand Finance-ın baş direktoru Savio D'Souza, "Shell, şirkətin uzunmüddətli korporativ strategiyası ilə bağlı suallara baxmayaraq, brendin diqqətəlayiq sabitliyini vurğulayaraq, dünyanın aparıcı neft və qaz brendi statusunu qoruyub saxlamaqda davam edir".

Reytinqdə ikinci yerdə hələ də “Saudi Aramco” (46,1 milyard dollar), üçüncü yerdə “PetroChina” (28,5 milyard dollar), dördüncü yerdə “Sinopec” (26,7 milyard dollar) qərarlaşıb. bp plc (18,5 milyard dollar) beşinci yerə yüksəlib, Fransanın TotalEnergies şirkəti isə 17 milyard dollarla altıncı yerə düşüb.

Brend dəyərində ən sürətli artımı Qətərin dövlət şirkəti Qatar Energy (82%, 3,2 milyard dollar) göstərib. Bu yüksəliş Qətərqazın uğurlu inteqrasiyasının nəticəsi idi.