Azərbaycan bu ölkəyə 12 mln. dollarlıq qeyri-neft məhsulları ixrac edib | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Azərbaycan bu ölkəyə 12 mln. dollarlıq qeyri-neft məhsulları ixrac edib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan cari ilin yanvar-fevral aylarında Türkmənistana 12 milyon 91 min dollar dəyərində qeyri-neft məhsulları ixrac edib. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 3 milyon 323 min dollar və ya 21,6% azalıb.

Ötən ilin eyni dövründə Türkmənistana ixrac edilən qeyri-neft məhsullarının dəyəri 15 milyon 414 min dollar təşkil edib. 

Hesabat dövründə bu ölkə Azərbaycanın altıncı əsas qeyri-neft idxalçısı olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram