Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Qlobal bazarlar ilin birinci rübünü müsbət notda tamamlasa da, martın 30-da ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Jerome Powell-in açıqlamaları investorların diqqət mərkəzində olub.
Banco.az xəbər verir ki, ABŞ iqtisadiyyatı 2023-cü ilin 4-cü rübündə 3,4 faizlə böyüyüb.
Analitiklərin proqnozlarına görə, FED-in faiz dərəcələrini nə vaxt endirməyə başlayacağına dair hələ də qeyri-müəyyənliklər var.
Son məlumatlara görə, ABŞ-da ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı azalıb.
Bu inkişafların ardından FED-in iyun ayında pul bazarlarındakı qiymətlərə əsaslanaraq ilk faiz endirimi ehtimalı 64 faiz oldu.
Dollar indeksidə yüksəliş trendini davam etdirərək günü 0,1 faiz artımla 104,6 səviyyəsində tamamlayıb. Qeyd edək ki, geosiyasi gərginliyin, tələb-təklif tarazlığına dair qeyri-müəyyənliklərin ön plana çıxdığı ilin birinci rübündə Brent markalı neftin barel qiyməti 12,9 faiz dəyər qazanıb.
Bizi sosial şəbəkələrdən izləyin!!