Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda cari ilin yanvar-fevral aylarında həyatın yaşam sığortası üzrə 80 milyon 429 min manat sığorta haqqı yığılıb.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, illik müqayisədə 23,9% və ya 15 milyon 496 min manat çoxdur.
Hesablamalarımıza görə, son 1 ildə bu sığorta növü üzrə ödənişlərin məbləği isə 22 milyon 269 min manat və ya 59,6% artaraq 59 milyon 617 min manata çatıb.
Qeyd edək ki, ötən ilin eyni dövründə yaşam sığortası üzrə yığımlar 64,9 milyon manata, ödənişlər isə 37,3 milyon manata bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!