Bank sektorunun xarici öhdəlikləri azalıb | Banco.az

Bank sektorunun xarici öhdəlikləri azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan banklarının xarici öhdəliklərinin həcmi bu ilin martın 1-i tarixinə 2 milyard 120 milyon manat olub.

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bankların xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 477.6 milyon manat azalıb, illik müqayisədə isə 2%-dən çox artıb. 

Qeyd edilib ki, fevralda xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident hüquqi şəxslərin cari hesablarının həcmindəki azalma ilə əlaqədardır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et