Bu ölkədə 8 milyon iş yeri süni intellektə görə risk altındadır | Banco.az

Bu ölkədə 8 milyon iş yeri süni intellektə görə risk altındadır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Böyük Britaniyada 8 milyon iş yeri süni intellektə görə risk altındadır.

Banco.az xəbər verir ki, Londonda yerləşən “Institute for Public Policy Research” (IPPR) analitik mərkəzinin təhlilinə görə, Britaniya hökuməti lazımi tədbirlər görməsə, ölkədə süni intellektlə bağlı böyük miqyaslı məşğulluq itkiləri ola bilər.

Ölkədə insanlar tərəfindən yerinə yetirilən işlərin 11 faizinin məhsuldar süni intellektin ilk dalğasının təsirinə məruz qaldığl proqnzolaşdırılır ki, hazırda süni intellektin ən çox təsir etdiyi vəzifələrə verilənlər bazası idarəçiliyi, təşkilati və strateji vəzifələri ehtiva edən katiblik, müştəri xidməti və inzibati iş kimi vəzifələr daxildir.

Şirkətlər tərəfindən mövcud süni intellekt texnologiyalarının öz proseslərinə getdikcə daha dərindən inteqrasiya ediləcəyi ikinci dalğada isə bu nisbətin 59 faizə yüksələ biləcəyi proqnozlaşdırılır. 

Qadınların bu cür vəzifələrdə işləmə ehtimalı daha çox olduğundan, süni intellekt biznes proseslərinə daha da inteqrasiya olunduqca qadın məşğulluğu əsas risk faktoru daşıyır.

Ən sərfəli kredit üçün müraciət et

IPPR-nin ən pis senarisinə görə, bütün risk altında olan iş yerləri süni intellektlə əvəz olunarsa, ölkə 7,9 milyon iş yerini itirə bilər və bu vəzifələrdən əldə edilən Ümumi Daxili Məhsul (ÜDM) qazancı olmaya bilər. 

Daha optimist senariyə görə, ölkədə 4,4 milyon iş yoxa çıxa bilər, lakin ÜDM-in 6,3 faizini təşkil edən illik 144 milyard funt sterlinq qazanc əldə edilə bilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram