"Visa" və "Mastercard" razılığa gəliblər | Banco.az

"Visa" və "Mastercard" razılığa gəliblər

Müəllif:Mehin Qasımova/Banco.az

ABŞ-da fəaliyyət göstərən maliyyə xidmətləri şirkətləri Visa və Mastercard, ABŞ-da kredit və debet kartı haqlarını məhdudlaşdıracaq və pərakəndə satış şirkətlərinə təqribən 30 milyard dollar qənaət edəcək antiinhisar razılaşması əldə etdiklərini açıqlayıblar.

Banco.az xəbər verir ki, Visa tərəfindən edilən açıqlamada, təxminən 20 il davam edən məhkəmə çəkişmələrindən sonra şirkətin 90 faizdən çoxu kiçik biznes olan pərakəndə satıcılarla kredit və debet kartı haqlarının azaldılması və rüsumların məhdudlaşdırılması ilə bağlı mühüm razılaşma əldə edildiyi ifadə edilib.

Mastercard-dan verilən açıqlamada şirkətin pərakəndə satış şirkətləri ilə kredit kartı haqlarının minimum 5 il azaldılması üçün razılığa gəldiyi qeyd edilib.

ABŞ mətbuatında yer alan xəbərlərdə deyilir ki, saziş pərakəndə satışçılara beş il ərzində təqribən 30 milyard dollar qənaət edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Əgər antiinhisar müqaviləsi məhkəmə tərəfindən təsdiqlənərsə, 2005-ci ildə ölkə üzrə qaldırılan iddiaların əksəriyyəti öz həllini tapacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et